Haqqımızda

AvtomatikaAz

İnnovasiyaya güvənərək səmərəliliyi təmin edirik

AvtomatikaAz MMC Azərbaycan Respublikasının daim inkişaf edən sənaye və sənaye avtomatikası sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir. Əsas fəaliyyət sahələrimiz istehsal proseslərinin avtomatlaşdırılması, istehsal avadanlıqlarının istehsalı, həmçinin sənaye avadanlıqlarının ehtiyyat hissələrinin satışıdır. Sənayenin müxtəlif istehsal sahələrində inşaat, kimya, tekstil, qida sektorlarında fəaliyyət göstərən şirkətimiz PLC, SCADA, həmçinin bütün avtomatika həllərini təqdim edir. Ölkə xaricində olan müxtəlif marka və məhsul istehsalçıları ilə sağlam əməkdaşlıq əlaqələri quran şirkətimiz, bir neçə xarici brendin yerli təmsilçisidir!
Diana T. Davis

Necə işləyir:

01.
İstehsal proseslərin avtomatlaşdırılması

İstehsal xətlərinin SCADA və PLC sistemləri ilə tam avtomatlaşdırılması, real vaxtda nəzarət və məlumatların ERP platforması ilə inteqrasiyası.

  • İstehsalın fasiləsiz monitorinqi
  • Enerji və resurs istifadəsinin optimallaşdırılması
  • Bulud əsaslı hesabat sistemi
02.
İstehsal avadanlıqlarının satışı

Sənaye müəssisələri üçün yüksək keyfiyyətli avadanlıqlar, elektrik şkafları və loadcell əsaslı ölçü sistemlərinin təmin edilməsi.

  • Sertifikatlı və uzunömürlü avadanlıqlar
  • Ehtiyat hissələrinin tez çatdırılması
  • Layihəyə uyğun texniki məsləhət
03.
Texniki xidmət

Mövcud sistemlərin davamlı işləməsini təmin edən diaqnostika, modernizasiya və uzaqdan monitorinq həlləri.

  • Avadanlıq baxışı və nasazlıqların aradan qaldırılması
  • IoT əsaslı uzaqdan nəzarət
  • Fasiləsiz iş üçün profilaktik xidmət

Uğurlarımız

AvtomatikaAz MMC-nin fəaliyyətində əldə etdiyimiz əsas uğurlardan bəziləri aşağıdakılardır:

  • Beynəlxalq Tərəfdaşlıq: Bir neçə beynəlxalq brendin yerli təmsilçisi olaraq, müxtəlif marka və məhsul istehsalçıları ilə güclü əməkdaşlıq əlaqələri qurmuşuq.
  • Sənaye Avadanlıqları İstehsalı: Müxtəlif sənaye sahələrində müştərilərə yüksək keyfiyyətli istehsal avadanlıqları təqdim edərək, onların istehsal proseslərini optimallaşdırmışıq.
  • Avtomatlaşdırma Həlləri: PLC və SCADA sistemləri sahəsində təqdim etdiyimiz həllərlə müştərilərimizin istehsal səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışıq.
Go to top