Coca-cola zavodu üçün Yük avtomobili tərəzi sistemi
Layihənin adı: Coca Cola – Yük avtomobili tərəzi sistemi
Təsviri:
Coca Cola şirkəti üçün müasir ölçmə və nəzarət infrastrukturunun qurulması məqsədilə 18×3 m ölçüdə, 60 tonluq yük avtomobili tərəzisi quraşdırılmışdır. Layihə çərçivəsində tərəzinin əsas təməl işləri görülmüş, avadanlıqlar təmin edilərək quraşdırılmış və istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Görülən işlər:
60 ton daşıma gücünə malik tərəzi avadanlığının alınması və sahəyə çatdırılması.
Tərəzi üçün xüsusi əsasın hazırlanması və möhkəmləndirilməsi.
Avadanlığın sahədə montajı və istismara hazır vəziyyətə gətirilməsi.
Tərəzi Metrologiya İnstitutu ilə birgə kalibrlənmiş və dəqiqliyi təsdiqlənmişdir.
“AzTruck PT” sistemi inteqrasiya edilərək tam nəzarət təmin olunmuşdur.
Layihə 2–3 ay müddətində uğurla tamamlanmış və tərəzi sistemi 13 yanvar 2025-ci il tarixində sifarişçiyə təhvil verilmişdir. Bu layihə Coca Cola şirkətinin logistika və nəqliyyat əməliyyatlarında dəqiqliyi və səmərəliliyi artırmağa xidmət edir.