Himalay Beton Sea Breeze – Yük Avtomobili Tərəzi Sistemi
Layihənin adı: Himalay Beton Sea Breeze – Yük Avtomobili Tərəzi Sistemi
Təsviri:
Himalay Beton Sea Breeze layihəsi çərçivəsində müasir ölçmə və nəzarət sisteminin qurulması məqsədilə 16×3 m ölçüdə, 80 tonluq yük avtomobili tərəzisi təmin edilmişdir. Layihə müddətində avadanlığın satın alınması, təməl hazırlığı və sahədə montaj işləri uğurla icra olunmuşdur.
Görülən işlər – Kabinli Hopper və İki Gözlü Tərəzi Avadanlığı
80 ton daşıma gücünə malik tərəzi avadanlığının alınması və təmin olunması.
Tərəzi avadanlığının sahədə montajı, sazlanması və istismara hazırlanması.
Ölçmələrin dəqiqliyi Metrologiya İnstitutu ilə birgə həyata keçirilən kalibrləmə prosesi ilə təmin olunmuşdur.
Tərəziyə AzTruck PT sistemi quraşdırılmışdır.
Layihə 1,5–2 ay müddətində başa çatdırılmış və 20 iyun 2025-ci il tarixində sifarişçiyə təhvil verilmişdir.
Layihə nəticəsində Himalay Beton Sea Breeze müəssisəsi logistika və istehsal əməliyyatlarında dəqiq çəki ölçmələri, avtomatlaşdırılmış izləmə və yüksək etibarlılıq imkanları əldə etmişdir.