Layihənin adı: CPC şirkəti üçün Yük Avtomobili Tərəzi Sistemi
Təsviri:
CPC şirkəti üçün mövcud tərəzi sistemlərinin yenilənməsi və müasirləşdirilməsi işləri həyata keçirilmişdir. Layihə çərçivəsində avtomobil tərəzisinin tam texniki müayinəsi aparılmış, kamera nəzarət sistemi və AzTruck veb platforması inteqrasiya olunmuşdur. Eyni zamanda proqram təminatının yenilənməsi və istehsal tərəzisinin tam müayinəsi icra olunmuşdur.
Layihə nəticəsində CPC şirkəti daha dəqiq ölçmə, təhlükəsiz və izlənilə bilən logistik əməliyyatlar, həmçinin onlayn idarəetmə və hesabat imkanları əldə etmişdir.