betonX – Tam Avtomatlaşdırılmış Beton İstehsal İdarəetmə Sistemi
Layihənin adı: betonX – Tam Avtomatlaşdırılmış Beton İstehsal İdarəetmə Sistemi
Təsviri:
betonX, AvtomatikaAz MMC tərəfindən hazırlanmış müasir və tam avtomatlaşdırılmış beton istehsal idarəetmə sistemidir. Sistem PLC və SCADA əsaslı idarəetmə rejimlərinə malikdir: tam avtomatik, yarım avtomatik və manuel (əl) rejimləri. Beton istehsalının hər mərhələsi üzərində yüksək dəqiqliklə idarəetmə təmin edilir.
Həllin texniki imkanları – İstehsal İdarəetmə Sistemi:
PLC və SCADA əsaslı idarəetmə rejimlərinin inteqrasiyası (tam, yarım avtomatik və manuel rejimlər)
İstehsalat prosesində baş verən xətaların real vaxtda aşkarlanması və qeydiyyatı
Materialların nəmliyinə və qatqı-su nisbətinə uyğun olaraq su miqdarının dinamik tənzimlənməsi
İstehsalın hər mərhələsi üzrə (resept, anbar, sürücü və s.) məlumatların toplanması və geniş hesabatların təqdim olunması
İnternet üzərindən uzaqdan nəzarət və diaqnostika imkanlarının yaradılması
Enerji kəsilməsi zamanı istehsal prosesinin fasiləsiz davam etməsi üçün “gözləmə rejimi”nin tətbiqi
betonX sayəsində beton istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir, insan faktorundan asılılıq minimuma endirilir və istehsalın dəqiqliyi, davamlılığı və effektivliyi əhəmiyyətli dərəcədə artırılır.