Azərpambıq üçün – Avadanlıq və SCADA İzləmə Sistemi
Layihənin adı: Azərpambıq üçün – Avadanlıq və SCADA izləmə sistemi
Təsviri:
Azərpambıq şirkəti üçün həm istehsal proseslərinin optimallaşdırılması, həm də keyfiyyətin izlənməsi məqsədilə iki mərhələli layihə həyata keçirilmişdir. Layihələr qısa müddətdə icra olunaraq sifarişçiyə təhvil verilmişdir.
Görülən işlər – Kabinli Hopper və İki Gözlü Tərəzi Avadanlığı
Kabinli hopper və 2 gözlü tərəzi avadanlıqları istehsal edilərək layihə sahəsinə çatdırılmışdır.
Avadanlıqlar peşəkar mühəndislər tərəfindən sahədə yığılmış və sazlanmışdır.
Layihə 1,5–2 ay müddətində tam başa çatdırılaraq sifarişçiyə təqdim edilmişdir.
Görülən işlər – SCADA Nəzarət və İzləmə Sistemi
Temperatur və mühitin rütubət göstəricilərini mərkəzləşdirilmiş şəkildə izləməyə imkan verən SCADA proqramı hazırlanmışdır.
Zəruri mallar və avadanlıqlar alınaraq təmin olunmuşdur.
Sistem Saatlı, Beyləqan və Ağcabədi rayonlarını əhatə etmişdir.
Layihə 2024-cü ildə 1,5–2 ay ərzində uğurla tamamlanmışdır.
Bu layihə AzərPambıq müəssisələrində istehsalın səmərəliliyini, keyfiyyətin idarə olunmasını və proseslərin real vaxt izlənilməsini təmin etməklə fəaliyyətin daha dayanıqlı və texnoloji əsasda həyata keçirilməsinə imkan yaratmışdır.