Layihənin adı: AzTruck – Avtomatlaşdırılmış avtomobil tərəzi sistemi
Təsviri:
AzTruck – AvtomatikaAz MMC tərəfindən hazırlanmış tam avtomatlaşdırılmış ağır tonnajlı avtomobil tərəzi idarəetmə sistemidir. Ənənəvi tərəzilərlə müqayisədə sistem daha sürətli, yüksək dəqiqlikli və etibarlı çəki ölçümü imkanı yaradır. İnsan faktorundan qaynaqlanan səhvlərin qarşısını alır və bütün prosesi tam elektronlaşdırır.
Məqsəd “Made in Azerbaijan” brendi altında yerli həlləri həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda təqdim etməkdir.
PLC/SCADA əsaslı idarəetmə – Tərəzi əməliyyatlarının tam avtomatlaşdırılması
Məlumatların idarə olunması – Yüklərin qeydiyyatı, hesabat və arxivləşmə
Bulud texnologiyası – Məlumatların təhlükəsiz saxlanması və mərkəzləşdirilmiş infrastruktur
AI dəstəyi – Avtomatik hesablama və optimallaşdırma funksiyaları
Səhvlərin aradan qaldırılması – Elektron formatda idarəetmə ilə yüksək dəqiqlik
1️⃣ Avtomobil tərəziyə daxil olur və Çəki 1 qeydə alınır
2️⃣ Yük anbara yönləndirilir
3️⃣ Avtomobil ikinci tərəziyə daxil olur və Çəki 2 qeydə alınır
4️⃣ Sistem avtomatik olaraq Net çəkini hesablayır
5️⃣ Qaimə və hesabat dərhal çap olunur və mərkəzi serverdə saxlanılır
Nəticə:
AzTruck platforması sayəsində aparılan çəki ölçmə əməliyyatları daha sürətli və dəqiq aparılır. Prosesin avtomatlaşdırılması və hesabatların elektron formata keçməsi ilə həm vaxt, həm xərclər kəsilməz azalır, həm də əməliyyatların təhlükəsizliyi maksimum səviyyədə təmin olunur. Bu sistem avtomobil və qatar kimi nəqliyyat vasitələrinin yüklərinin ölçülməsində yüksək səmərəlilik təmin edir.