AzTruck – AvtomatikaAz MMC tərəfindən hazırlanmış tam avtomatlaşdırılmış ağır tonnajlı avtomobil tərəzi idarəetmə sistemidir. Ənənəvi tərəzilərlə müqayisədə sistem daha sürətli, yüksək dəqiqlikli və etibarlı çəki ölçümü imkanı yaradır. İnsan faktorundan qaynaqlanan səhvlərin qarşısını alır və bütün prosesi tam elektronlaşdırır.
Məqsəd "Made in Azerbaijan" brendi altında yerli həlləri həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda təqdim etməkdir.
Sistemin Xüsusiyyətləri
PLC/SCADA əsaslı idarəetmə
Tərəzi əməliyyatlarının tam avtomatlaşdırılması.
Məlumatların idarə olunması
Yüklərin qeydiyyatı, hesabat və arxivləşmə.
Bulud texnologiyası
Məlumatların təhlükəsiz saxlanması və mərkəzləşdirilmiş infrastruktur.
AI dəstəyi
Avtomatik hesablama və optimallaşdırma funksiyaları.
Səhvlərin aradan qaldırılması
Elektron formatda idarəetmə ilə yüksək dəqiqlik.
İş Prinsipi
Avtomobil tərəziyə daxil olur və Çəki 1 qeydə alınır
Yük anbara yönləndirilir
Avtomobil ikinci tərəziyə daxil olur və Çəki 2 qeydə alınır
Sistem avtomatik olaraq Net çəkini hesablayır
Qaimə və hesabat dərhal çap olunur və mərkəzi serverdə saxlanılır
Nəticə
AzTruck platforması sayəsində aparılan çəki ölçmə əməliyyatları daha sürətli və dəqiq aparılır. Prosesin avtomatlaşdırılması və hesabatların elektron formata keçməsi ilə həm vaxt, həm xərclər kəsilməz azalır, həm də əməliyyatların təhlükəsizliyi maksimum səviyyədə təmin olunur. Bu sistem avtomobil və qatar kimi nəqliyyat vasitələrinin yüklərinin ölçülməsində yüksək səmərəlilik təmin edir.