betonX — AvtomatikaAz MMC tərəfindən hazırlanmış tam avtomatlaşdırılmış beton istehsal idarəetmə sistemidir. Bu sistem istifadəçiyə PLC və SCADA əsaslı rejimlərdən—tam avtomatik, yarım avtomatik və əl (manuel)—hər hansı birini seçmə imkanı verir. Sistem istehsal prosesində baş verən xətaları real vaxtda aşkarlayır, onları qeyd edir və təhlil üçün çıxış verir. Həmçinin, materialların nəmliyinə və qatqı-su nisbətinə görə su miqdarını dinamik tənzimləmə qabiliyyəti də mövcuddur. İstehsal prosesinin hər mərhələsi (resept, anbar, sürücü və s.) ilə bağlı məlumatlar qeyd olunur və geniş reportlar şəklində istifadəçiyə təqdim edilir. İnternet vasitəsilə uzaqdan nəzarət və diaqnostika imkanı da təmin edilir. Sistem enerji kəsilməsi zamanı istehsalı kəsilmədən “gözləmə rejiminə” keçir və enerji bərpa edildikdən sonra prosesdə fasiləsiz davam edilir.