PLC (Programmable Logic Controller) PLC (ingiliscə: Programmable Logic Controller) fabriklərdə istehsal xətlərinin və maşınların idarə edilməsi üçün operatorların istifadə etdiyi xüsusi kompüterdir. İlk PLC 1968-ci ildə Modicon şirkəti tərəfindən istehsal edilmişdir. PLC-lər, ümumi təyinatlı kompüterlərdən fərqli olaraq, çoxsaylı giriş və çıxışlarla təchiz edilmiş və elektrik səslərinə, temperatur fərqlərinə, mexaniki zərbələrə və vibrasiyaya daha davamlıdır. Bu...