AvtomatikaAz MMC, Azərbaycanın sənaye avtomatlaşdırması sahəsində ixtisaslaşmış qabaqcıl mühəndislik şirkətidir. Əsas fəaliyyətimiz istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının layihələndirilməsi və ehtiyat hissələrinin satışı ilə bağlıdır.
İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən müəssisələr üçün PLC və SCADA əsaslı tam həllər təqdim edirik. Şirkətimiz yerli və xarici istehsalçılarla əməkdaşlıq edərək beynəlxalq keyfiyyət standartlarına uyğun xidmət göstərir və bir sıra tanınmış brendlərin rəsmi tərəfdaşıdır.
Xalid Səmədov
Necə işləyir:
01.
İstehsal proseslərin avtomatlaşdırılması
İstehsal xətlərinin SCADA və PLC sistemləri ilə tam avtomatlaşdırılması, real vaxtda nəzarət və məlumatların ERP platforması ilə inteqrasiyası.
İstehsalın fasiləsiz monitorinqi
Enerji və resurs istifadəsinin optimallaşdırılması
Bulud əsaslı hesabat sistemi
02.
İstehsal avadanlıqlarının satışı
Sənaye müəssisələri üçün yüksək keyfiyyətli avadanlıqlar, elektrik şkafları və loadcell əsaslı ölçü sistemlərinin təmin edilməsi.
Sertifikatlı və uzunömürlü avadanlıqlar
Ehtiyat hissələrinin tez çatdırılması
Layihəyə uyğun texniki məsləhət
03.
Texniki xidmət
Mövcud sistemlərin davamlı işləməsini təmin edən diaqnostika, modernizasiya və uzaqdan monitorinq həlləri.
Avadanlıq baxışı və nasazlıqların aradan qaldırılması
IoT əsaslı uzaqdan nəzarət
Fasiləsiz iş üçün profilaktik xidmət
Uğurlarımız
AvtomatikaAz MMC-nin fəaliyyətində əldə etdiyimiz əsas uğurlardan bəziləri aşağıdakılardır:
Beynəlxalq Tərəfdaşlıq: Bir neçə beynəlxalq brendin yerli təmsilçisi olaraq, müxtəlif marka və məhsul istehsalçıları ilə güclü əməkdaşlıq əlaqələri qurmuşuq.
Sənaye Avadanlıqları İstehsalı: Müxtəlif sənaye sahələrində müştərilərə yüksək keyfiyyətli istehsal avadanlıqları təqdim edərək, onların istehsal proseslərini optimallaşdırmışıq.
Avtomatlaşdırma Həlləri: PLC və SCADA sistemləri sahəsində təqdim etdiyimiz həllərlə müştərilərimizin istehsal səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışıq.