AzTruck
AzTruck

AzTruck - Avtomatlaşdırılmış ağır tonnajlı avtomobil tərəziləri idarəetmə sistemi

İş prosesləri daim daha az resursla daha çox məhsuldarlıq və gəlir əldə etməyi tələb edir. Əgər iş prosesinizdə ağır tonnajlı yüklərin ölçülməsi varsa, artıq yaşanan çətinlikləri bilirsiniz. Bütün bu çətinlikləri nəzərə alaraq,Biznesiniz üçün tam avtomatlaşdırılmış "AzTruck" platformasını hazırladıq. Yerli və milli "Aztruck” ağır tonnajlı avtomobil, qatar kimi nəqiliyyat yüklərinin ölçülməsi üçün veb platformasıdır. İnnovativ yenilikləri özündə birləşdirən, bulud texnologiyası üzərində qurulan “Aztruck” platforması bütün tərəzi cihazları ilə inteqrasiya oluna bilir. Platforma,tətbiq edilən süni intellekt sayəsində avtomatik idarəetmə, hesablama və hesabatların təyin edilməsi kimi özəllikləri özündə birləşdirir. "Aztruck" olaraq hədəfimiz bütün tərəzi qurğularında proqram təminatlarını yeniləyərək, Biznesinizdə səmərəliliyi, gəlirliliyi və təhlükəsizliyi optimallaşdırmaqdır.

"AzTruck" proqramı sadəcə çəki ölçmək üçün deyil, eyni zamanda Müştərilərin istəyinə uyğun hesabat və raporların təqdim edilməsi üçün hazırlanmış mükəmməl bir platformadır. İllərin təcrübəsini və çox dəyərli Müştərilərimizin geri bildirimlərini əsas alaraq, "AzTruck" platformamızı daim inkişaf etdirərək, bugünkü mükəmməl nəticəni əldə etmişik.

İnkişaf edən dünyanın sürətinə ayaq uydurmaq, eləcə də yerli "AzTruck" markamızı  "Made İn Azerbaijan" brendi adı altında qlobal bazara təqdim etmək, tanıtmaq üçün daim əzmlə çalışmaqdayıq.